
Ağstafada yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Poylu kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan fermanın 60 m2 sahədə tavan hissəsi yanıb.
Fermanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info