
Bakı-Qazax magistral yolunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun 463-cü kilometrliyində, Ağstafa şəhəri ərazisində qeydə alınıb. Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü Vaqif Ələkbərovun idarə etdiyi “Opel” markalı avtomobillə, Qazax rayonu Çaylı kənd sakini, 1964-cü il təvəllüdlü İman Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı maşın toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü və sərnişinlər – Qazax rayonunun Ağköynək kənd sakini, 1950-ci il təvəllüdlü Rahilə Poladova, Çaylı kənd sakini, 1949-cu il təvəllüdlü Ceyran Poladova, Ağstafa şəhər sakinləri, 1979-cu il təvəllüdlü Aybəniz İsrafilova və 1952-ci il təvəllüdlü Hürü Bayramova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Onlardan iki nəfərin vəziyyəti orta-ağır, digərlərininki isə normal qiymətləndirilir.
Gununsesi.info