Ağstafada iki “VAZ” markalı avtomobil toqquşub, xəsarət alan var

  • By admin
  • 05 Mart 2020 21:15

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesiaz.info-nun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki “VAZ 2106” markalı minik maşınları toqquşub. Qəza zamanı bir nəfər – 1964-cü il təvəllüdlü Abbasov Muraz Tofiq oğlu xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesiaz.info