Ağstafada partlamamış top mərmisi aşkar edildi

Ağstafada partlamamış top mərmisi aşkar edildi

anama
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi ərazisində üç partlayış yerinə baxış keçirib, 1 ədəd partlamamış hərbi sursat (9M22U – “Qrad” raketi) aşkar edib.

ANAMA-dan Gununsesi.info-ya verilən məlumata görə, Tərtər rayonunun Həsənqaya kəndində isə otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb.

Ağstafa rayonunun Qırlı kəndi ərazisində çayın kənarında isə 1 ədəd partlamamış hərbi sursat – 122 mm-lik top mərmisi aşkar edilib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 17 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Gununsesi.info

COMMENTS