Ağstafada qəza baş verib: 5 NƏFƏR YARALANIB

  • By admin
  • 28 Oktyabr 2021 21:03

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21011” markalı minik maşını ilə “BMW” markalı avtomobil toqquşub.

Qəza zamanı 1966-cı il təvəllüdlü Qədimov Ramazan Süleyman oğlu, 1992-ci il təvəllüdlü Omarov Şahlar Asiman oğlu, 1982-ci il təvəllüdlü Abbasov Mövsüm Nadir oğlu, 1977-ci il təvəllüdlü Orucov Vəli Hacımurad oğlu və 1965-ci il təvəllüdlü Orucova Ayxanım Kağı qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info