Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, fərdi evdə baş vermiş partlayış nəticəsində 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu, 1985-ci il təvəllüdlü Rzayeva İradə Zakir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Soma Emin qızı, 2002-ci il təvəllüdlü Məmmədli Məryəm Ramin qızı, 1995-ci il təvəllüdlü Qasımlı Soldoz Ramiz qızı və 2 yaşlı oğlan uşağı xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb.
Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
18:31
Ağstafada qaz sızmasından partlayış olub.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.
Partlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.