Ağstafada Şəhid Tahirlə vida mərasimi keçirilir - FOTOLAR

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əliyev Tahir Çingiz oğlunun nəşi ailəsinə təhvil verilib.

Gununsesi.info xəbər verir ki, hazırda Ağstafa rayon Xətai kəndində Əliyev Tahir Çingiz oğlu ilə vida mərasimi keçirilir.

HTML tutorial

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı, dostları, yaxınları, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhid kənd qəbiristanlığında olan Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, T. Əliyev əsgər yoldaşı Samir Xudiyevlə bərabər qaya parçasının altında qalmışdı. Müdafiə Nazirliyinin məlumatına görə, S. Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Tahir Əliyev isə müxtəlif bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.info