Ağstafada yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

  • By ilhame
  • 26 Mart 2024 19:03

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb.

 

“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2005-ci il təvəllüdlü Jalə Əhmədli, 2005-ci il təvəllüdlü Aqşin Əhmədli və avtomobillin sürücüsü, 2004-cü il təvəllüdlü Həsən Əhmədli xəsarət alıblar.

 

Zərərçəkənlər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info