Ağstafada yük maşını yandı

  • By admin
  • 16 Dekabr 2023 10:01

Ağstafada yük maşını yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağstafa rayonunun Göycəli kəndində “Mercedes” markalı yük avtomobilinin kabinə və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info