İyunun 29-da Ağstafa rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Məlumata görə, iyunun 29-u saat 10:00-dan etibarən işlər başa çatanadək rayonun bir hissəsinə qazın verilişi dayandırılacaq. Fasilə payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir işləri ilə əlaqədardır.
Qeyd olunub ki, təmir-quraşdırma işləri yekunlaşdıqdan sonra qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.











