Ağsu dolaylarında sürüşmə zonası yenidən təmir olunub - FOTO

  • By admin
  • 20 Fevral 2017 17:16

aqsu-yeni

Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi nəticəsində çökən 40 metrədək ərazidə yenidən təmir işləri aparılıb.

Gununsesi.info xəbər verir ki, fevralın 19-20-də 16 saylı “Yol İstismar” MMC tərəfindən yolun çökən hissəsinə 150 tonadək çınqıl tökülərək bərkidilib və hamarlanıb. Avtomobillərin hərəkəti təmin edilib. Yol işçiləri ərazini daim nəzarətdə saxlayırlar.

Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində bağlanan və təmirdən sonra fevralın 7-də yenidən açılan yolda sürüşmə davam edir. Sonuncu qardan sonra yolun 40-50 santimetrədək çökməsi və çatların getdikcə böyüməsi təkrar təhlükəli vəziyyət yaratmışdı.

Gununsesi.info