Ağsu və Mingəçevir sakinləri odlu silahları polisə könüllü təhvil veriblər

  • By ilhame
  • 03 Dekabr 2023 12:08

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.

 

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

 

Məlumata görə, keçirilən profilaktiki tədbirlər nəticəsində Ağsu rayon və Mingəçevir şəhər sakinlərindən 2 ədəd müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan ov tüfəngləri aidiyyəti polis şöbələrinin əməkdaşları tərəfindən təhvil götürülüb.

Gununsesi.info