Ağsuda avtobus minik avtomobili ilə toqquşdu - ÖLƏNLƏR VAR

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Natavan küçəsində qeydə alınıb.

HTML tutorial

Belə ki, “VAZ 2107” markalı avtomobillə “Ford” markalı sərnişin avtobusu toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Ağsu rayon sakini 38 yaşlı İsmayılov Ramil Kamil oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aprılır.

Gununsesi.info