
Ağsuda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Vidadi küçəsində qeydə alınıb.
Ağsu rayon sakini, 37 yaşlı Mustafayev Anar Füzuli oğlu yolu keçərkən “VAZ-2106” markalı avtomobil onu vurub.
Yaralı ətrafdakı insanların köməyi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
Gununsesi.info