Ağsuda avtomobilin elektrik dirəyinə çırpılması 7 kəndi işıqsız qoyub

  • By admin
  • 26 Dekabr 2021 18:48

Ağsu rayonunda avtomobilin elektrik dirəyinə çırpılması 7 kəndi işıqsız qoyub.

Gununsesi.info xəbər verir ki, Şamaxı sakini, 30 yaşlı sürücü Əzimov Dərgah Hüseyn oğlu Ağsu-Şamaxı yolunda “VAZ 21011” markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

HTML tutorial

Hadisə zamanı sürücü D.Əzimov müxtəlif dərəcəli ağır xəsarətlərlə Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı elektrik dirəyi aşıb, nəticədə yeddi – Daşdəmirbəyli, Gəgəli, Bico, Qəşəd, Çaparlı, Ləngəbiz və Rəhmağalı kəndləri işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektrik enerjisinin verilməsi istiqamətində işlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info