Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərləndi

  • By Günel
  • 14 Yanvar 2025 09:11

Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.

Hadisə nəticəsində 2014 ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013 – ci il təvəllüdlü Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Gununsesi.info