Ağsuda iki avtomobil toqquşub, 10 nəfər yaralı var

  • By ilhame
  • 09 Noyabr 2023 22:58

Ağsuda “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması ağır yol-nəqliyyat hadisəsinə səbəb olub.

Gununsesi.info-nun məlumatına görə, hadisə Qaraqoyunlu kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri, o cümlədən üçü azyaşlı olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

Zərərçəkmişlər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info