Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onlara məxsus, ümumilikdə 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Gununsesi.org-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 baş iribuynuzlu mal-qara götürülərək, sahiblərinə qaytarılıb.
Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan F.Məmmədov iki baş iribuynuzlu mal-qaranı kəsərək, satdığını bildirib.
Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.
Gununsesi.org