Ağzını lentlə sarıdı 5 min pulunu oğurladı

  • By admin
  • 26 Avqust 2016 15:36

ogru (1)

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində soyğunçuluq hadisəsi baş verib.

Gununsesi.info Daxili İşlər Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, hadisə R.Axundov küçəsində qeydə qlınıb.

İki nəfər naməlum şəxs ev 21 mənzil 3 ünvanında soyğunçuluq törədiblər. Onlar həmin ünvanda yaşayan 1950-ci il təvəllüdlü Leyla Dişinanın mənzilinin qapısını sındırmaqla ora daxıl olublar. Daha sonra ev sahibinin onun əlini və ağzını yapışqanlı lentlə bağlayaraq 5 000 manat pulunu götürüb hadisə yerini tərk ediblər.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info