Ahıl ər-arvadın qida zəhərlənməsindən öldüyü ehtimal olunur - FOTOLAR

  • By admin
  • 22 Noyabr 2016 16:14
lenkoran5
Bu gün günorta saatlarında Lənkaranda yaşadıqları evdə meyitləri aşkarlanan ahıl ər-arvadın qida zəhərlənməsindən öldüyü ehtimal edilir.
Gününsəsi.info xəbər verir ki, bədbəxt hadisə bu gün saat 13:00 radələrində Lənkəran şəhərinin  Şəhidlər Xiyabanı, 10 ünvanında qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 77 yaşlı Aydın Mirzəli oğlu Allahverdiyevlə  onun həyat yoldaşı, 75 yaşlı Azadə Rəcəb qızı Allahverdiyevanın yaşadığı evlərində meyitləri aşkarlanıb. Uzun illər evdə iki nəfər yaşayn ər-və arvadın səhər saatlarından gözə dəyməməsi,qonşuların diqqətindən yayınmayıb.Qonşuların çağırışlarına cavab verməyən ev sahiblərinin daha sonra cansız bədənləri aşkarlanıb. Dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hadisə yerinə Lənkəran Şəhər Polis Şöbəsinin rəisi və prokuroruda baş çəkib. Olay yerindən hər iki mərhumun istintaq üçün zərüri olan əşyaları götürülüb.Ölümün dəqiq səbəbləri  hələlik məlum deyil.
İlkin ehtimala görə mərhumlar ya qaz boğulmasından, ya da zəhərənmədən dünyalarını dəyişib. Şahidlərin sözlərinə görə onların hər ikisinin ağzından qan izləri olub. Daha sonra meyitlər müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. Ölümün dəqiq səbəbləri ekspertiznın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
lenkoran4 lenkoran3 lenkoran2 lenkoran1

Gununsesi.info