Ahıl kişi binadan yıxılıb ÖLDÜ

  • By admin
  • 07 Noyabr 2017 11:34
Bakıda 85 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Gununsesi.info xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Rayon sakini, 1932-ci il təvəllüdlü Sabir İsgəndər oğlu Şükürov yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info