Ahıska türkləri Tükiyəyə köçürlür

  • Müəllif: admin
  • 27 Dekabr 2016 11:10

ahska

Ukraynadan daha 300 Ahıska türk ailəsi Türkiyədə daimi yaşamaq üçün köç edəcək.

Gununsesi.info Türkiyənin “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, Ukrayna ordusu ilə separatçılar arasında qarşıdurmaların yaşandığı bölgələrdə məskunlaşan Ahıska türk ailələri bu yaxınlarda ölkəni tərk edəcəklər. Artıq  Ahıska türk ailələrin miqrant olaraq ölkəyə qəbul edilməsi haqqında Türkiyə Nazirlər Kabineti qərar qəbul edib.

Qeyd edək ki, Ahıska türklərinin vətəni Gürcüstanın cənub-qərb bölgəsidir. Onlar 1944-cü ildə kütləvi surətdə Qazaxstan, Özbəkistan və Qırğızıstana sürgün ediliblər. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisində Ahıska türkləri təzyiqlərə məruz qaldığından yaşadıqları yerləri tərk etmək zorunda qaldılar və onların böyük bir qismi Ukraynanın Slavyansk rayonunda yerləşdirildilər. Ukraynanın şərqində təqribən yeddi min Ahiska türkü yaşayır.

Anar

Gununsesi.info