
Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Azərbaycanəsilli rusiyalı biznesmen Fərhad Əhmədova qarşı sanksiyanı ləğv edib.
Gununsesi.info-nun məlumatına görə, bunun ardından rusiyalı prodüser İosif Priqojin məsələ ilə bağlı açıqlama verib.
Priqojin “Podyom” nəşrinə bildirib ki, bir müddət əvvəl onların yayılmış səs yazısının məqsədi F. Əhmədovun Rusiya hakimiyyətinə loyal olmadığını sübut etmək idi.
Prodüser qeyd edib ki, F. Əhmədovla ünsiyyət saxlamır: “Mən danışmıram. Ümumiyyətlə az adamla danışıram və qeydiyyat kitabçamda insanların sayını minimuma endirmişəm. Hətta ağaclarla danışmağa qorxuram”.
Xatırladaq ki, bu ilin martında yutubda Rusiya hakimiyyəti və Ukraynadakı hərbi əməliyyatlara görə şəxsən RF Prezidenti Vladimir Putini tənqid edən iki kişinin 35 dəqiqəlik səs yazısı yayılmışdı. Videoya qeyddə danışanların Fərhad Əhmədov və İosif Priqojin olduğu bildirilirdi. O vaxt Priqojin əmin edirdi ki, onun səsini süni intellekt vasitəsilə yaradıblar.
Gununsesi.info