Aİ 8 erməni hərbçinin qaytarılmasını alqışladı

  • By admin
  • 07 Fevral 2022 14:10

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsini alqışlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə xüsusi nümayəndə tviterdə yazıb.

“Bu, ötən cümə günü Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Aİ Şurası Prezidenti Şarl Mişel arasında keçirilən dördtərəfli görüşdən sonra mühüm humanitar jestdir”, – Aİ rəsmisi əlavə edib.

Gununsesi.info