Gununsesi.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, əgər “Aİ-92” markalı benzinin qiyməti qalxarsa, bu bir başa digər xərclərin qalxmasına təsir edəcək:

“Dərhal dizel yanacağı, aqrar sektor və nəqliyyatda xərclərin artmasına səbəb olacaq. Xərclərin artması isə istehlak bazarında yeni qiymət artımına gətirib çıxardacaq. Bu baxımdan “Aİ-92” markalı benzinin qiyməti ilə bağlı hansı qərarın verilməsini müəyyənləşdirmək çətindir. Çünki bu inzibati, bazar qiyməti ilə tənzimlənən qərardır.”

Vüqar Bayramovun fikrincə, belə vəziyyətdə “Aİ-92” markalı benzinin qiymətinin qalxmasına ehtiyac görmədiyini deyib:

“Çünki bu qərar ərzaq və kənd təsərrüfatı məhsullarının da qiymətini artıracaq.”

Gununsesi.info