“Aİ-95” benzinin son 20 gündə ikinci dəfə bahalaşmasının SƏBƏBLƏRİ

  • By admin
  • 01 Fevral 2017 15:53

benzin

Bu gün Azərbaycan səhərini benzinin qiymətinin bahalaşması ilə açdı. 

Gununsesi.info xəbər verir ki, Azərbaycana idxal olunan premium markalı benzin 1 manat 15 qəpik , “Super” markalı benzin isə 1 manat 20 qəpik olub.

Qeyd edək ki, son 20 gün ərzində bu ikinci bahalaşmadır. Bundan təqribən 20 gün əvvəlisə Aİ-95 markalı benzin 95 qəpikdən 1 manat 5 qəpiyə yüksəlmişdi. Onu da vurğulayaq ki, Azərbaycana bu benzin idxal olunduğuna görə, qiyməti Tarif Şurası tərəfindən deyil, bazar tərəfindən tənzimlənir. 20 gün ərzində 2-ci dəfə bahalaşmanın isə əsas səbəbi manatın dollar qarşısında dəyər itirməsidir. Onun bahalaşması digər məhsulların, xüsusilə ictimai nəqliyyatda gediş haqlarının bahalaşmasına təsir göstərə bilərmi?

Bir sıra ekspertlər”Aİ-95”in bahalaşmasının nəqliyyat xərclərinı, mal və məhsulların maya dəyərinı təsir edəcəyini düşünmür. Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il ölkəyə 20 min tondan da az yüksək oktanlı, yəni, Aİ-95 və Aİ-98 markalı benzin idxal olunub. Bu isə ümumilikdə istehlak olunan benzinin təqribən 0,2 faizi həcmindədir. Yəni, həmin benzinlərə tələbat yüksək olmadığına görə, onların öıkənin digər sektorlarına təsir imkaları da yoxdur. Azərbaycanda,əsasən, “Avro-4” standartlarına qədər olan benzin istifadə edildiyinə görə, sürücülər daha ucuz olan Aİ-92 yanacağına üstülkü verirlər. Ekspertlər düşünür ki, “Aİ-95” tələbat o zaman arta bilər ki, ölkə “Avro-5” standartlarına keçdiyini bəyan etsin.  Mütəxəssislər deyirlər ki, Aİ-95 benzini ilə işləyən avtomobilin ömrü daha uzun olur. Təəssüf ki, əhalinin sosial durumu daha bahalı benzindan istifadənin qarşısını alır.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bu gün bu sahədə əsas problem  “Premium” markalı benzinin bahalaşması deyil:

“Dərd odur ki, neft ölkəsi Avro-3 standartlarına cavab verən benzin istehsal edə bilmir. Amma dünya çoxdan Avro-5 standartına keçib. Bundan əlavə, əsas dərd odur ki, “Premium” markalı benzini ölkəyə tək bir şirkət gətirir”. 

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info