Aİ Azərbaycanı Venesiya Komissiyasının rəyini nəzərə almağa çağırdı - "Debatlar zamanı çatışmazlıqlar qeydə alınıb"

  • By admin
  • 28 Sentyabr 2016 18:37

avroparla

Avropa İttifaqı (Aİ) Azərbaycanı Venesiya Komissiyasının Konstitusiyaya dəyişikliklərlə bağlı rəyini nəzərə almağa çağırır.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Aİ açıqlama yayıb.

Aİ-nin Azərbaycanda keçirilən referendumla bağlı açıqlamasında sonra deyilir ki, AŞPA-nın qiymətləndirmə missiyasının ilkin açıqlamasına görə, əhalinin əksəriyyəti sakit şəraitdə keçirilmiş referendumda irəli sürülmüş 29 dəyişikliyin lehinə səs verib: “Əvvəlcədən parlamentdə gedən debatlar zamanı bəzi çatışmazlıqlar qeydə alınıb”.

Aİ Azərbaycanı konstitusiya dəyişiklikləri layihəsinin həyata keçirilməsi zamanı Venesiya Komissiyasının rəyini  nəzərə almağa çağırır: “Avropa İttifaqı  bu və digər vacib məsələlərdə Azərbaycanla dialoq aparmağa davam edəcək”.

Gununsesi.info