Aİ Azərbaycanla Miqrasiya sahəsində də əməkdaşlıqda maraqlıdır – - Səfir

  • By admin
  • 22 İyun 2016 13:39

Malena Mard

 

Avropa İttifaqı və Azərbaycan bir çox sahələrdə olduğu kimi Miqrasiya və Mobillik sahəsində də əməkdaşlıqda maraqlıdır. Aİ-nin Bakı ofisindən Gununsesi.info-ya verilən məlumata görə, bu fikri Aİ-nin Azərbaycandakı səfiri Malena Mard ittifaq tərəfindən maliyyələşdirilən “Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsinin məqsədləri haqqında danışarkən deyib. Onun sözlərinə görə, konfrans Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerininin Bakıya son səfəri zamanı irəli sürdüyü ideyanın – “Avropa İttifaqı və Azərbaycan bir çox sahələrdə əməkdaşlığın artırılması, tərəfdaşlar kimi birgə fəaliyyət göstərilməsi və əlaqələrin tam şəkildə inkişaf etdirilməsinə dair istəyini bir daha təsdiq etdi” dəstəklənməsinə xidmət edir.

Avropalı diplomat onu da əlavə etdi ki, MOBİLAZE layihəsinin Azərbaycanla Avropa İttifaqı arasında geniş və qarşılıqlı fayda verir.  Mobillik naminə Tərəfdaşlıqlar miqrasiya və mobillik sahəsində Aİ, Aİ-yə Üzv Dövlətlər və üçüncü ölkələr arasında ən qabaqcıl əməkdaşlıq və tərəfdaşlıq çərçivəsidir. Onlar, Aİ-nin Miqrasiya və Mobillik üzrə Qlobal Yanaşmasında əsas siyasi alətdir. Mobillik naminə Tərəfdaşlıqlar Aİ və onun tərəfdaş ölkələrinə, hər iki tərəfin vətəndaşları və digər maraqlı tərəflərinə fayda verməklə qarşılıqlı maraq doğuran miqrasiya və mobillik məsələrini ünvanlı, xüsusi və konkret bir şəkildə müzakirə etmək imkanı verəcək. Azərbaycan Respublikası, Aİ və onun iştirakçı üzv dövlətləri ilə Mobillik naminə Tərəfdaşlıq barədə Birgə Bəyannamə 2013-cü ilin dekabrında imzalanmışdır. Bu baxımdan, Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanla Mobillik Naminə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBILAZE) layihəsinin məqsədlərini nəzərə alaraq, Avropa Komissiyası, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) iyunun 23-də “Azərbaycanda Mobillik naminə Tərəfdaşlığa” həsr olunmuş bir günlük beynəlxalq konfrans təşkil edəcək.