
Avropa Birliyi Krım və Sevastopolun Rusiyaya ilhaq edilməsinə görə bu ölkəyə qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.
Gununsesi.org-un “rosbalt”a istinadən verdiyi xəbərə görə, qərarı Avropa Birliyi Şurası qəbul edib.
Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər 2020-ci ilin 23 iyununa qədər qüvvədə olacaq.
Xatırladaq ki, Aİ Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ilin martında tətbiq edib.
Gununsesi.org