Aİ bu ölkəyə namizəd statusu verəcək

  • By admin
  • 06 Dekabr 2022 20:26

Avropa İttifaqı (Aİ) liderləri dekabrın 15-də Brüsseldə keçiriləcək sammitdə Bosniya və Herseqovinaya rəsmi Aİ-yə namizəd statusu verə bilərlər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb .

Sloveniyanın baş naziri Robert Qolob Tiranada keçirilən Aİ-Qərbi Balkanlar sammitində çıxışı zamanı deyib ki, “siyasi qərarın qəbulu yalnız zaman məsələsidir”.

Qolob jurnalistlərə bildirib ki, ölkənin namizədliyinin texniki detalları müzakirə edilir.

Rəsmi statusun verilməsi üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının təsdiqi lazımdır.

Gununsesi.info