
Avropa İttifaqına (Aİ) səyahət üçün ikinci dozadan sonra doqquz ay ərzində koronavirusa qarşı 3-cü doza peyvəndi olmayanların sertifikatı etibarsız sayılacaq.
Gununsesi.info xəbər verir ki, bunu Aİ-nin Ədliyyə Komissiyasının üzvü Didier Reynders açıqlayıb.
O qeyd edib ki, üçüncü doza olmadığı təqdirdə sertifikat qüvvəsini itirəcək:
“Qərar Avropada son vaxtlar COVID-19-a yoluxmanın ciddi şəkildə artması və elmi yeniliklər fonunda verilib”.
Bildirilib ki, bu qaydalar 6-17 yaş aralığına da şamil olunacaq. Bundan əlavə, bütün uçuşlarda PCR testi tələb olunacaq.
Gununsesi.info