Aİ-dən “Tərtər işi” ilə bağlı qərara REAKSİYA

  • By admin
  • 06 Dekabr 2022 21:26

Bu gün “Tərtər işi” üzrə bir sıra şəxslərin bəraət alması və azadlığa buraxılması müsbət haldır.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko “Twitter“ səhifəsində yazıb.

Onun sözlərinə görə, bu iş üzrə yeni istintaq işgəncə və cəzasızlıqla mübarizədə nəzərəçarpacaq nəticələr verə bilər.

Xatırladaq ki, bu gün Baş Prokurorluq “Tərtər işi” üzrə barələrində həbs qətimkan tədbiri ləğv olunan 19 nəfərin azadlığa buraxılması ilə bağlı məlumat yayıb.

Gununsesi.info