Aİ Ermənistana hərbi yardım göstərməkdən imtina edib

  • By admin
  • 05 İyul 2023 12:36

“Avropa İttifaqı Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib”.

Gununsesi.info Newsarmenia.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Varşavada Polşa Prezidenti Andjey Duda ilə görüşü zamanı bildirib.

“Avropa İttifaqı bu mexanizm vasitəsilə Ukrayna, Moldova və Gürcüstana yardım göstərir. Təəssüf ki Ermənistanın tələbi Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasında vasitəçilik səyləri və münaqişə həssaslığı problemi əsas gətirilərək rədd edilib. Təkrar etmək istərdim ki, söhbət müdafiə qabiliyyətinin artırılması üçün texniki dəstəkdən gedir”, – o deyib.

Gununsesi.info