Aİ Ermənistanda aksiyada saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib

  • By admin
  • 22 Aprel 2018 19:25


Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib və tərəfləri təmkinli olmağa çağırıb.

Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, bu gün Aİ-nin xarici siyasət xidmətinin mətbuat xidmətinin rəhbəri Mayi Kosnyançiçin yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda tərəflər məsuliyyətli olmağa dəvət edilir.

Qeyd edək ki, son məlumata əsasən Ermənistan hüquq-mühafizə orqanları keçmiş prezident Serj Sərkisyanın baş nazir postunu tutmasına etirazla bağlı bu gün keçirilən aksiyada iştirak edənlərdən 228 nəfəri saxlayıb. Qarşıdurmalar zamanı 7 nəfər xəsarət alıb.

Gununsesi.info