Avropa İttifaqı Estoniyaya hava hücumundan müdafiə sistemləri üçün 15 milyon avro dəyərində sursat almağa kömək edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin mətbuat məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Avropa İttifaqı ilk dəfə üzv dövlətlərin müdafiə satınalmalarını maliyyələşdirəcək və Estoniyanın da iştirak etdiyi üç birgə satınalmanı dəstəkləyəcək:“Şadam ki, Ukraynada hər gün əhəmiyyətini gördüyümüz və bizi və bir çox digər ölkələri buna investisiya qoymağa təşviq edən hava hücumundan müdafiə sistemimizin inkişafına dəstək verildi. Bundan əlavə, Estoniyanın Müdafiə büdcəsinin əsas istiqaməti olan döyüş sursatları da vacibdir.”
Məlumata əsasən ümumilikdə, Aİ-yə üzv dövlətlər 12 transsərhəd layihə təqdim ediblər ki, onlardan beşi maliyyələşəcək.
Avropa müdafiə sənayesini gücləndirmək üçün yaradılan EDIRPA mexanizmi ilə hər bir layihəyə 60 milyon avro ayrılacaq və ümumi vəsait 300 milyon avro təşkil edəcək.
Qeyd edək ki, mart ayında Avropa Komissiyası 2025-ci ildən sonra EDIRPA-nı əvəz etməli olan Avropa Müdafiə Sənayesi Proqramı (EDIP) üçün təklif təqdim etdi.
Günay