Aİ, Fransa, Almaniya və Ermənistan liderlərinin qeyri-formal görüşü keçirildi

  • By ilhame
  • 05 Oktyabr 2023 21:00

İspaniyanın Qranada şəhərində Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə qeyri-formal görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə tərəflər azərbaycanlı həmkarları Prezident İlham Əliyev olmadan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan  beştərəfli görüşdən imtina edib.

Gununsesi.info