Aİ Gürcüstana namizəd statusu verməyə hazırlaşır - QƏTNAMƏ

  • By admin
  • 10 İyun 2022 11:55

Avropa Parlamenti Avropa İttifaqı institutlarını Gürcüstana namizəd statusunun verilməsi yönündə fəal iş aparmağa çağırıb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə qeyd olunub.

Sözügedən qətnamədə namizəd statusunun verilməsi üçün bəzi şərtlər qoyulub:

“Biz inanırıq ki, gürcü xalqının qanuni istəkləri yerinə yetirilməyə layiqdir. Buna görə də biz Aİ institutlarını ləyaqət əsasında və Gürcüstan hakimiyyətinin bütün meyarlara cavab verməsi şərtilə Aİ Müqaviləsinin 49-cu maddəsinə uyğun olaraq Gürcüstana namizəd statusunun verilməsi üçün çalışmağa çağırırıq”.

Gununsesi.info