Aİ hava məkanını bağladığı üçün Lavrovun İsveçrəyə səfəri ləğv olunub

  • By admin
  • 28 Fevral 2022 17:40

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İsveçrəyə səfəri ləğv olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA “Novosti” diplomatik mənbəyə istinadən məlumat verib.

Sergey Lavrov İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak etməli idi.

Avropa İttifaqının Rusiya aviaşirkətləri üçün hava məkanını bağlaması səbəbi ilə səfəri gerçəkləşdirmək mümkünsüz olub.

 

 

Gununsesi.info