
“Ümid edirəm ki, Avropa İttifaqıilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar tezliklə bitəcək”.
Gununsesi.info-nun məlumatına görə, bunu Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekununda Aİ-nin ali komissarı Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransı zamanı deyib.
O bildirib ki, ötən il Azərbaycan prezidentinin Brüsselə səfəri bu istiqamətdə vacib məqamı vurğulayıb: “Bu razılaşma əməkdaşlığımızı daha da uğurlu edəcək”.
Gununsesi.info