Aİ İrana qarşı sanksiyaların genişləndirilməsinə razılıq verib

  • Müəllif: Firuzə
  • 21 Aprel 2026 22:06

Avropa İttifaqı (Aİ) Hörmüz boğazının blokadasına görə məsuliyyət daşıyan şəxslərin sanksiya siyahısına daxil edilməsi ilə İrana qarşı məhdudiyyətlərin genişləndirilməsini razılaşdırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.

Onun sözlərinə görə, Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə Yaxın Şərqdə, o cümlədən Qırmızı dənizdə gəmi təhlükəsizliyini təmin edən hərbi-dəniz missiyasının gücləndirilməsi məsələsi də müzakirə olunub.

Gununsesi.info