
Avropa İttifaqı İranın 11 fiziki və 4 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat Aİ-nin Rəsmi jurnalında yer alıb.
Sanksiya siyahısına daxil edilənlər sırasında İranın Əxlaq polisi və onun rəhbəri də var.
Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun ardınca ölkədə kütləvi etiraz və iğtişaşlar baş verib.