Aİ İsrail və Həmas arasında humanitar atəşkəs barədə razılaşmanı alqışlayır

  • By admin
  • 22 Noyabr 2023 16:09

Avropa İttifaqı (Aİ) İsrail ilə Həmas arasında münaqişədə humanitar atəşkəs və əsirlərin mübadiləsini nəzərdə tutan razılaşmanı alqışlayıb.

Gununsesi.info xəbər verir ki, Avropa Komissiyasının rəhbəri diplomatik kanallar vasitəsilə razılığın əldə edilməsi məsələsində vasitəçilik edən hər kəsə təşəkkürünü bildirib və Həması bütün girovları dərhal azad etməyə çağırıb.

“Girovluqda olan 50 nəfərin azad edilməsi və hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunmuş razılaşmanı səmimiyyətlə alqışlayıram”, – deyə o bildirib.

“Aİ Komissiyası Qəzzaya humanitar yardım çatdırmaq üçün bu fasilədən istifadə etmək üçün mümkün olan hər şeyi edəcək. “Mən Avropa komissarı Janez Lenarçiçdən bölgədəki humanitar böhranı aradan qaldırmaq üçün Qəzza zolağına tədarükün mümkün qədər tez artırılmasını xahiş etdim” dedi Ursula fon der Leyen.

Öz növbəsində Avropa Şurasının prezidenti Şarl Mişel də HƏMAS və İsrail arasında razılaşmanı alqışlayıb.

“Mən Qəzza zolağında girov saxlanılan qadın və uşaqların azad edilməsinə dair razılaşmanı alqışlayıram. Mən Qətərə və Misirə bu razılaşmaya görə minnətdaram. Həmas bütün girovları azad etməlidir. Bundan əlavə, bu fasilədən ehtiyacı olanlara humanitar yardımın maksimum həcmdə çatdırılması üçün istifadə olunması çox vacibdir”, – Mişel bildirib.

Gununsesi.info