Aİ israilli nazirə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell Brüsseli İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində bildirib.

“Dünya Qəzzada atəşkəs əldə etməyə çalışarkən, nazir Ben Gvir yanacaq tədarükü və mülki şəxslərə yardımın azaldılmasına çağırır. Bu, müharibə cinayətlərinə təhrikdir. Sanksiyalar Aİ-nin gündəliyində olmalıdır”, -deyə  diplomat bildirib.

O, vurğulayıb ki, İsrail hökuməti bu cür təhriklərdən “birmənalı şəkildə uzaqlaşmalıdır”.

Borrell həmçinin İsraili Qəzza zolağında atəşkəs üçün danışıqlarda “xoş niyyətlə” iştirak etməyə çağırıb.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant İranı və Livanın Hizbullah hərəkatını görünməmiş zərbə ilə hədələyib.

O, həmçinin ölkənin opponentlərinin ağlına gələcək və vəziyyəti hərbi əməliyyatların başlanmasına qədər gərginləşdirməyəcəyinə ümid etdiyini bildirib.

 

 

Şəbnəm

Gununsesi.info