Aİ Kiyevə 5 milyard avro ayrılmasını təsdiq edib

  • By ilhame
  • 18 Mart 2024 19:47

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ukraynaya 5 milyard avro məbləğində əlavə hərbi yardımın ayrılmasını təsdiqləyiblər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS Aİ Şurasının bəyanatına istinadən məlumat yayıb.

 

Sənəddə bildirilir ki, Aİ-nin bütün dövlətlərinin xarici işlər nazirləri Ukraynaya xüsusi Yardım Fondu yaratmaqla Avropa İttifaqı Fondunun limitinin müəyyən edilmiş məbləğdə artırılmasına səs veriblər.

Gununsesi.info