Aİ Liderləri TOPLANIR: Gündəmdə Türkiyə varAİ Liderləri TOPLANIR: Gündəmdə Türkiyə var

  • By admin
  • 24 İyun 2021 09:19

Avropa İttifaqına üzv ölkələrin liderlərinin Zirvə Toplantısı başlayır.

Gununsesi.info xəbər verir ki, toplantı 24-25 iyun tarixlərində Belçikanın paytaxtı Brüsseldə təşkil ediləcək.

Zirvə Toplantısının gündəmində yeni növ koronavirus epidemiyası ilə mübarizə, Aİ-nin üzv ölkələr üçün qurtarma fondları, köçlə bağlı üçüncü ölkələrlə əməkdaşlıq, Türkiyə, Belarus, Rusiya ilə xarici əlaqələrə baxış məsələləri müzakirə olunacaq.

Toplantının axşam yeməyində danışılacaq Türkiyə ilə əlaqədar hissəsində Türkiyə-Aİ əlaqələri, Şərqi Aralıq dənizindəki vəziyyət və Kipr, köç, Türkiyədəki suriyalılara yardım, Gömrük Birliyinin aktuallaşması, ticari münasibətlər müzakirə ediləcək.

Gununsesi.info