Aİ Lukaşenkoya qarşı sanksiyalardan imtina etdi

  • By admin
  • 04 Sentyabr 2020 15:27

Almaniya, Fransa və İtaliya mübahisəli prezident seçkiləri səbəbi ilə Belarus lideri Aleksander Lukaşenkoya sanksiyalar tətbiq olunmasına qarşı çıxıblar.

Almaniyanın “Die Welt” qəzeti diplomatik mənbələrə istinadən xəbər verir ki, Baltikyanı ölkələr və Polşa Lukaşenkoya qarşı sanksiyaların tətbiq edilməsində israrlıdır.

Alman və Fransa hökumətləri Lukaşenkoya qarşı sanksiyalar tətbiq edilsə, Minsklə dialoqun tamamilə sona çatacağını hesab edirlər.

Aİ (Avropa İttifaqı) ölkələri rəsmi olaraq Lukaşenkonun sanksiya siyahısına daxil edilməsi ilə bağlı hələ səs verməyiblər, lakin bununla əlaqədar danışıqlar “birmənalı şəkildə” başa çatıb.

Avqustun 19-da Aİ liderləri Belarusda keçirilən prezident seçkilərinin rəsmi nəticələrini tanımaqdan imtina edib və ölkə rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq edəcəklərinə söz veriblər.

Avqustun 31-də Latviya, Litva və Estoniya Lukaşenko və digər 29 Belarus məmurunun onların ərazilərinə girişinə qadağa qoyublar.

Gununsesi.info