Aİ missiyası Ermənistanda yeni ofis açdı - Foto

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası Tavuş vilayətinin İcevan bölgəsində əməliyyat ofisi açıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı missiya “X” hesabında paylaşıb.

Məlumata görə, mərasimdə müşahidə missiyasının rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəsi Vasilis Maraqos, Ermənistanın müdafiə nazirinin müavini Qraçya Sarkisyan və Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan iştirak ediblər.

Xatırladaq ki, 100 nəfərdən ibarət sözügedən missiya fevralın 20-si Ermənistanda yerləşdirilib. Missiyanın mandatının müddəti 2 ildir.

 

Gununsesi.info