Avropa İttifaqının Ermənistana göndərdiyi “mülki missiya”nın Azərbaycanla sərhədə yerləşdirilməsi bu gün başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozef Borel deyib.
O, missiya ilə bağlı ittifaqa üzv ölkələrin xarici işlər nazirlərinə məlumat verildiyini da qeyd edib.
Qeyd edək ki, Ermənistan ərazisində yerləşdirilən missiyanın Azərbaycanla sərhəddə iki ay müddətində fəaliyyət göstərəcəyi gözlənilir.
Gununsesi.info