Aİ Moldovaya 40 milyon avro ayıracaq

  • By admin
  • 01 İyul 2022 09:06

Avropa İttifaqı(Aİ) Moldova silahlı qüvvələrinə dəstək üçün 40 milyon avro ayıracaq. Bu maliyyə yardımı hərbi texnikanın alınmasına və Moldova ordusunun təliminə sərf olunacaq.

Gununsesi.info Moldova KİV-nə istinadla xəbər verir ki, Aİ-nin qərarında qeyd edilir: “Bu yardım Moldova silahlı qüvvələrinin maddi-texniki təchizatı, mobillik, komandanlıq və idarəetmə, kibermüdafiə, pilotsuz uçuş kəşfiyyatı və taktiki rabitə potensialını gücləndirəcək. Lazımi avadanlıq, materiallar və xidmətlərlə, o cümlədən təlimlərlə təmin olunacaq”.

Aİ vurğulayıb ki, bu məbləğ 2021-ci ilin dekabrında təsdiq edilmiş yardımın tərkib hissəsidir.

Gununsesi.info