Aİ-nın binasında tüstülənmə- ZƏHƏRLƏNƏNLƏR VAR

Aİ-nın binasında tüstülənmə

1498208768_ai

Brüsseldə Avropa İttifaqının (Aİ) binasında təxliyə işləri aparılıb.

Gununsesi.info-nun məlumatına görə, buna binanın texniki hissəsindəki ventilyasiya sistemində yaranan nasazlıq səbəb olub. Təhlükəsizlik məqsədilə binadakı insanlar təxliyə edilib.

Bir neçə nəfərin toksiki buxardan zəhərləndiyi bildirilir.

Aİ-nin məlumatında hadisənin mətbəxdə qeydə alındığı, zəhərlənənlərin də mətbəxdə çalışan bir neçə əməkdaş olduğu deyilir.

Əraziyə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub.

Gununsesi.info

COMMENTS